Sosial 

Meksika mətbuatı tanınmış şairimizdən yazdı

Meksikanın populyar “Tecnología industrial” portalı və “Más literatura” “facebook” ədəbiyyat səhifəsi Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin ispan dilinə tərcümə edilmiş “Özümdən narazıyam”, “Vətən var” şeirlərinə və şairin yaradıcılığı haqqında geniş məlumata yer ayırıb.

ARANTV.AZ  xəbər verir ki, Tərcümə Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, şeirləri ispan dilinə Tutuxanım Yunusova tərcümə edib.

Qeyd edək ki, geniş oxucu kütləsi olan “Tecnología industrial” portalı öz səhifələrində müntəzəm olaraq Migel Ernandes, Uolt Uitmen, Konstantinos Kavafis, Frans Kafka, Pita Amor, Xose Emilio Paçeko kimi dünya şöhrətli yazıçı və şairlərin əsərlərinə yer ayırır.

Meksika mətbuatı tanınmış şairimizdən yazdı

Daha çox xəbərlər