İndoneziyada sərnişin təyyarəsi radarlardan itib
15:38
İndoneziyanın “Srivijaya Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Cakarta yaxınlığında suya düşüb.
Bu barədə “Sinxua” agentliyi yerli televiziyaya istinadən xəbər verib.
——–
15:27
İndoneziyada “Sriwijaya Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi ilə əlaqə itib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, təyyarə paytaxt Cakartadan Borneo adasında yerləşən Pontianak şəhərinə uçuş həyata keçirirdi.
Təyyarə havaya qalxdıqdan qısa müddət sonra radarlardan itib.
Qeyd olunur ki, “Boeing 737-524” təyyarəsi sonuncu dəfə Yava dənizi üzərində, Yava adasının şimal sahilləri yaxınlığında radarlarda görünüb.
Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.

