Siyasət 

Türkiyə, Azərbaycan və Pakistan xarici işlər nazirlərinin görüşü keçiriləcək

Yanvarın 13-də Türkiyə, Azərbaycan və Pakistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, görüş Pakistanın paytaxtı İslamabadda keçiriləcək.

Nazir əlavə edib ki, azərbaycanlı həmkarı Ceyhun Bayramovla həm də ayrılıqda görüşəcək.

Daha çox xəbərlər