Sosial 

Azərbaycanda bu tarixdə gözəllik salonu və bərbərxanalar açılır? – AÇIQLAMA

Azərbaycanda sərtləşdirilmiş karantin rejiminin yanvarın 18-də bitməsi gözlənilir. Lakin uzadılması ilə bağlı fikirlər də var. Bu gün hər kəsi maraqlandıran sual yanvarın 18-dən sonra gözəlik salonları və bərbərxanaların açılıb-açılmamasıdır. Belə ki, yanvarın 18-dən sonra Azərbaycanda gözəllik salonları və bərbərxanalar açıla bilər?

ARANTV.AZ  xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, gündəlik yoluxanların sayında xeyli azalma var:

“Yanvarın 18-dən sonra yumşalmaların olması gözlənilir. Ola bilər ki, dekabrın 14-dən qapadılan müəssisələr yenidən fəaliyyətə başlasın. Eləcə də gözəlik salonları və bərbərxanalar açıla bilər. Artıq sevindirici haldır ki, insanlarımız qoyulan qaydalara əməl edir və maskadan istifadə olunur. Yumşalmaların olması ilə yenidən yoluxma sayının artıracağını düşünmürəm. Çünki yaxın günlərdə Azərbaycanda peyvəndlənməyə də start veriləcək”.

Daha çox xəbərlər