İki aydan sonra əsgərimizdən ŞƏHİD XƏBƏRİ GƏLDİ
İtkin düşən əsgərimizdən xəbər var.
ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, 2 aydan çoxdur ki, axtarılan Masallının Ərkivan qəsəbə sakini Seyfullayev Sənan Mətləb oğlunun 44 gün davam edən ikinci Qarabağ müharibəsində şəhid olduğu bilinib.
Şəhidimizin nəşi yanvarın 12-də doğulduğu Ərkivan qəsəbəsinə gətirilərək torpağa tapşırılacaq.
Allah şəhidimizə rəhmət eləsin!

