Dünya 

“Fransadakı hadisələrə lal, kar və kor oldular” – Ərdoğandan sərt bəyanat

“İstanbuldakı Gəzi parkı hadisələrində insan haqlarından danışıb, onu müdafiə edənlər, Fransda, Hollandiyadakı etiraz aksiyaları zamanı baş verənlərə münasibətdə lal, kar, kor oldular”.

ARANTV.AZ  Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının mərkəzi qərargahında 10 dekabr – Ümumdünya İnsan Hüquqları Günü münasibətilə keçirilən “İnsanlığın mədəniyyəti” və “İnsanlığa ümid: Türkiyə” adlı tədbirdə bildirib.

“Gəzi hadisələrində dünyanı ayağa qaldırırdınız. İndi də eyni işi görün. Etmədilər, hadisələri yayımlamadılar. Çünki səmimi və dürüts deyillər” – deyə Rəcəb Tayib Ərdoğan vurğulayıb.

O qeyd edib ki, Türkiyənin demokratiyasına, azadlığına ağız büzənlər bu gün özləri imtahanla üz-üzədir: “Artıq Türkiyəyə kimsə demokratiya dərsi keçə bilməz. Avropaya deyiləcək söz odur ki, mədəniyyət maskası altında gizlətdiyiniz iç üzünüz artıq aşkara çıxıb. Atalar yaxşı deyib: “Bal iylənməz, yağ iylənər, onun da əsli ayrandır”.

Daha çox xəbərlər