Sosial 

“Nə olsa, mənə olsun, sənə yox, çünki…” – Şəhidin sözləri ÜRƏK AĞRITDI

Sosial şəbəkələrdə hər kəsi kövrəldən paylaşım yer alıb.

ARANTV.AZ  Sonxeber.az-a istinadən xəbər verir ki, paylaşımda oktyabrın 2-də Ağdam döyüşlərində şəhid olan Babayev Elvinin sözləri əksini tapıb.

Bildirilir ki, artilleriyanın baş kəşfiyatçısı olan Elvin şəhid olmadan bir gün əvvəl əsgər yoldaşına bu sözləri deyib:

“Sən evin tək övladısan, çox çıxma sığınacaqdan. Nə lazımdırsa, mən eləyəcəyəm. Mə olsa, mənə olsun, sənə yox, çünki mənim qardaşım var”.

Daha çox xəbərlər