Cəmiyyət 

Bakı merinin qardaşına yüksək vəzifə verildi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovun vəzifəsini yüksəldib.

ARANTV.AZ unikal.org-a istinadən xəbər verir ki, Sahil Babayevin müvafiq əmri ilə, Aydın Əzizov Bakı şəhərində yeni yaradılan 5 tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal, Nəsimi rayonları üzrə baş müdiri təyin edilib.

Xəbəri Aydın Əzizov təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl A.Əliyev Səbail rayonun tibbi-sosial ekspert komissiyasının müdiri vəzifəsində çalışırdı.

Daha çox xəbərlər