Qazaxıstanın Azərbaycandakı səfirliyindən 20 Yanvarla bağlı paylaşım – FOTO
Qazaxıstanın Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı “Facebook” səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
“20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Qazaxıstan Səfirliyi Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir və azadlıq naminə həlak olmuş günahsız qurbanların əziz xatirəsini ehtiramla yad edir”.
Qazaxıstanın Azərbaycandakı səfiri və səfirlik nümayəndələri Şəhidlər Xiyabanına gedib. Qazaxıstanın ölkəmizdəki nümayəndəliyi bununla bağlı paylaşım edib.

