Gündəm 

Rusiya buğda ixracına tətbiq edilən vergini 2 dəfə artıracaq

Rusiya hökuməti  buğda ixracı üçün vergini martın 1-dən 2 dəfə artıraq hər tonuna görə 50 avroya qaldırmağa qərar verdi.

ARANTV.AZ xəbər verir ki, 15 fevral-1 mart tarixləri arasında vergi hər tona görə 25 avro, 1 mart-30 iyun tarixləri arasında tonu 50 avro olacaq.

Rusiya İqtisadiyyat nazirinin müavini Vladimir İliçyov qlobal bazarlardakı vəziyyəti izləməyə davam edəcəklərini və lazım olduqda taxıl ixracı mexanizmində əlavə düzəlişlər etməyə hazır olduqlarını bildirdi.

İlyiçov 1 iyulda başlayacaq yeni bazar dövründə buğda ixracatına vergi tətbiq etməyə davam edəcəklərini bildirib.

2020-ci ilin dekabrında Rusiya hökuməti yüksək daxili qiymətlərə cavab olaraq bəzi taxıl və yağlı toxum məhsulları üçün ticarətin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, Rusiyadan ən çox buğda idxal edən ölkələrin arasında Azərbaycan da var.

Ötən il Azərbaycana ümumilikdə dəyəri 300 milyon dollara yaxın olan 1 milyon  365 min  100.13 ton buğda idxal edilib.

 

Daha çox xəbərlər