Fransa şirkətəri də Qarabağın bərpasında iddialıdır – Fransa XİN dövlət katibi açıqladı
Fransa şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində layihələri reallaşdırması üçün heç bir maneə yoxdur.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lemuan brifinq zamanı deyib.
O qeyd edib ki, Azərbaycanda dünyaca məşhur iri Fransa şirkətləri təmsil olunub.

