Bakıda bir gecədə iki piyadanı maşın vurdu – VİDEO
Paytaxtın Sabunçu – Zabrat yolunda yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, “Mercedes” markalı, 90 EB 740 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Həbibov Saleh Balamməd oğlu yolu keçmək istəyən piyadanı vurub.
Piyadanın şəxsiyyəti məlum deyil.
Analoji hadisə Bakının Suraxanı yolunda baş verib. “Fiat” markalı, 10 JN 110 dövlət nömrə nişanlı avtomobil piyadanı vurub. Hadisə nəticəsində şəxsiyyəti məlum olmayan piyada ağır yaralanıb.
Qeyd edək ki, hər iki piyada yerüstü keçiddən istifadə etməyib.
Faktla bağlı araşdırma aparılır.
oxu.az

