İdman 

Aleksey İsayev: Azərbaycan kubokunda “Neftçi”ni keçmək xoş oldu

“Sumqayıt” klubunun yarımmüdafiəçisi Aleksey İsayev Azərbaycan kubokunun ¼ final mərhələsində “Neftçi” ilə qarşılaşmadan sonra oyunla bağlı fikirlərini bölüşüb.

ARANTV.AZ  xəbər verir ki, 23 yaşlı futbolçu Azərbaycan Premyer liqasının çempionunu kubok oyununda keçməyin əhəmiyyətini qeyd edib:

“Oyun çox ağır oldu. “Neftçi” güclü rəqibdir. Etiraf etməliyik ki, biz hesaba oynayırdıq, ilk oyundakı qələbədən (2:0) istifadə etmək istəyirdik.

Tam bərpa olmadığım üçün, ilk hissədə özümə inamım yox idi. Çempionatda və kubokda qış fasiləsi başlayıb, ailəmin yanına gedəcəm, fasilədən sonra isə yoluma davam edəcəm.

Çempionatın liderini keçmək xoş oldu. Futbolçularımız meydanda bütün gücünü qoydular. Hər kəsə təşəkkür etmək istəyirəm. Yarımfinalda “Zirə” ilə qarşılaşacağıq. Onların güclü komandası var, ona görə də bu görüşə ciddi hazırlaşmaq lazımdır”.oxu.az

Daha çox xəbərlər