“Son 10 ildə Azərbaycanda 3200 orta məktəb inşa edilib” — Nazir müavini
ARANTV.AZ-ın məlumatına görə, tədbirin əvvəlində DİM-lə bağlı Azərbaycanda görülən işlərə dair film nümayiş olunub.
Tədbirdə Azərbaycanda keyfiyyətli təhsilin təmin olunması ilə bağlı çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, hər bir ölkənin inkişafını təmn edən onun itellektual potensialıdır və bu potensialın formalaşmasında keyfiyyətli təhsilin mühüm rolu var.
F.Qurbanov bildirib ki, təhsillə bağlı dünya göstəricilərinə nəzərə saldıqda vəziyyət ürək açan deyil.
O, qeyd edib ki, dünyada 262 milyon yeninyetmə məktəbə getmir. F.Qurbanlı vurğulayıb ki, dünyada məktəb yaşında qaçqınların sayı 4 milyondur və onlardan 2 milyonunun məktəbə getmək imkanı yoxdur, dünyada 7 milyon nəfər oxumağı və yazmağı bacarmır. F.Qurbanlı Dünyada bir sıra ölkələrdə bu sahədə çox acınacaqlı vəziyyətin mövcud olduğunu qeyd edib.
Azərbaycanda təhsil haqqında danışan F.Qurbanov bildirib ki, ölkəmizdə təhsilə çox böyük diqqət yetirilir. O bildirib ki, ümummili lider Heydər Əliyev hələ Sovet dövründə təhsilə böyük diqqət yetirirdi: “Bu siyasət bu gün də davam edir. Təhsilin infrastruktrunun və keyfiyyətinin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Son 10 ildə Azərbaycanda 3200 orta məktəb inşa edilib və əsaslı təmir olunub, bir milyondan çox şagirdin təhsil şəraiti yaxşılaşdırılıb və bu proses davam edir”.
Ucqar kəndlərdə məktəblərin vəziyyətinə toxunan nazir müavini bildirib bu istiqamətdə təhsilin keyfiyyətinin artırılması məqsədilə son bir neçə ildə 237 modul tipli məktəblər tikilib istifadəyə verilib. F.Qurbanov vurğulayıb ki, Azərbaycanda məktəblər ən müasir avadanlıqalarla təmin olunub. Nazir müavini bildirib ki, son illərdə müəllimlərin imtahandan keçməsi təhsilin inkişafını təmin edir. F.Qurbanov əlavə edib ki, Azərbaycanda yüksək bal toplayan abiturinetlərin sayı da artmaqdadır. Nazir müavini vurğulayıb ki, xaricdə təsillə bağlı dövlət proqramları həyata keçirilir və bu proqram çərçivəsində xeyli sayda gənclərimiz dövlət hesabına xaricdə təhsil alıb.
Daha sonra çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin qeyd edib ki, Azərbaycan dünya ictimaiyyətinin ən məsuliyyəti üzvlərindən biri kimi DİM-ləri qəbul edib. M vurğulayıb ki, DİM-lərin gənclərlə bağlılığı böyükdür. Nazir müavini vurğulayıb DİM-lərdən biri də hər kəsə layiqli əməyin təmin olunmasııdır. Onun sözlərinə görə, dünyada texnologiyaların inkişafı nəticəsində 100 milyondan artıq insan öz işlərini itirib. Nazir müavini vurğulayıb ki, ümumilikdə məşğulluqla ağlı dünyada vəziyyət ürəkaçan deyil. M. bildirib ki, Azərbaycan bu sahədə bir sıra naiyyətlət əldə olunub. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkədə işsizlik və yoxsulluq 5 faizə endirilib, son 15 ildə ölkədə 2 milyondan artıq iş yerləri yaradılıb. Nazir müavini əlavə edib ki, DİM-lər bütün dövlət proqramlarına inteqasiya olunub.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı vurğulayıb ki, Azərbaycanda DİM-lərin həyata keçirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, müvafiq qanunlara əlavə və düzəlişlər edilir. parlament DİM-lərlə bağlı müntəzəm olaraq tədbirlər keçirir, qanunlara əlavə və düzəlişlər edir.
Daha sonra çıxı edən YAP Gəcnlər Birliyinin sədri Seymur Orucov bildirib ki, dünyada ibtidai təhsil yaşına çatan lakin təhsil amlaq imkanı olmayan uşaqların 50 faizi münaqişə ocaqlarının payına düşür. S.Orucov vurğulayıb ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “Lakin ölkə rəhbərliyi tərəfindən görülən tədbirlər nəticəsində qaçqın və məcburi köçkün uşaqların ibtidai təhsilə getməsi ilə bağlı 100 faizlik nəticə əladə olunub. Azərbaycan bu istiqamətdə dünyanı qabaqlayır və əlbəttə bu da dövlət başçısı tərəfindən həyata keçirilən təhsil, sosial siyasətinin məntiqi nəticəsidir”.
Ölkə.Az

