Pandemiya dövründə Azərbaycana kimlər səfər edə bilər?
Ölkədə uçuşların bəzi istiqamətlər üzrə bərpası olunması ilə bağlı kimlərin Azərbaycana səfər edə biləciyi ilə bağlı suallar yaranır.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, Azərbaycan Hava Yolları bununla bağlı xüsusi siyahı hazırlayıb.
AZAL-ın xarici ölkələrdən Bakıya yerinə yetirdiyi xüsusi reyslərə Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı şəxslər buraxılır:
– Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;
– Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;
– Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;
– Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;
– Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.

