Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Həqiqəti əks etdirən, izaha ehtiyacı olmayan söz ürəklərə yol tapır

By Vüsal Rafiqoğlu
11.02.2021 3 Min Read

Sosial şəbəkələrdə rast gəlinən, qərəzli, mənbəyi bəlli olmayan yalan informasiyalar ictimaiyyət tərəfindən birmənalı qarşılanmır 

Sözə dəyər vermək özünün tam inanmadığın, şahidi olmadığın hadisəyə münasibət bildirməməkdir. Yerində işlədilən sözün hökmü ordunun gücü qədər qüdrətlidir. Həzrəti Ömər bildirir ki, dörd şey əsla geri dönməz: söylənilən söz, atılan ox, keçmiş xəyal, qaçırılmış fürsət. Sözün qüdrətinə dəyər verən atalarımızdan ərmağan qalan «Qılınc kəsməyəni söz kəsər» hikmətinin kəsəri özünü doğruldan müdrik kəlamlardandır. 880 illik yubileyi keçiriləcək dahi Azərbaycan şairi Nizami Gəncəvi ən məşhur əsəri olan «Qılınc və qələm» əsərinə təsadüfən bu adı seçməmişdir. Necə deyərlər, sağalar qılınc yarası , sağalmaz söz yarası.

Başqa sözlə deyilsə söz millətin ruhu, ideyanın, hissin, təfəkkürün özüdür. Müasir dövrümüzdə sözün hakim olduğu, bir növ informasiya cəbhəsi adlandırdığımız sosial şəbəkələr həyat tərzimizə çevrilib. İnsanların informasiya mənbəyi olan sosial şəbəkələrin silahı isə günümüzdə baş verən hadisələri cəmiyyətə çatdıran sözdür. Bəzən bu şəbəkələr vasitəsilə yayılan informasiyalar müdriklərin söylədiyi «Dağları külək, insanların dostluğunu söz dağıdır» hikmətinə haqq qazandırır. Çox təəssüf ki, yaşından asılı olmayaraq bütün insanların gündəlik müraciət etdiyi sosial şəbəkələr bəzən həqiqi mənada sözün hörmətdən salındığı rəqabət meydanına çevrilir. Necə deyərlər, yerişini bilməyən yolu korlar, danışığını bilməyən sözü.

Çox təəssüf ki, sosial şəbəkələrdə ruhun ölçüsü, ağlın tərəzisi olan sözün dəyərinə ciddi yanaşılmır. Şəxsi məsələlərlə bağlı sosial şəbəkələrdə rast gəlinən « söz müharibələri», təhqirlər, etikadan kənar ifadələrin işlənməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Çünki şəxsi maraqlar naminə başlanan «deyişmələr», əsası olmayan, hətta ailələrin dağılmasına səbəb olan yalanlar üçün sonradan verilən təkziblər, üzr istəmələr xalqımızın milli-mənəvi dəyərlərinə də kölgə salır. Gündəlik hadisələr haqqında məlumat almaq istəyənlər informasiya bolluğu olan saytlara nəzər yetirir. İnformasiyalar arasında özünün ölüm xəbərini «öyrənən» insanın nə vəziyyətə düşdüyünü, hansı əsəbi gərginliyi keçirdiyini təsəvvür etmək asan deyil. İş yerimdə ola-ola mənim və həyat yoldaşımın koronavirusa yoluxduğumuz, hazırda xəstəxanada müalicə olunduğumuz və vəziyyətimizin də ağır olduğu barədə xəbərini ( şəkillə birlikdə) oxuyanda düzü  ömrünün 54 ilini jurnalist peşəsinə sərf etdiyim, bu adı  daşıdığım üçün xəsalət çəkdim. Belə məqamda bağışlanmaq istəyi üzrü günahından betər təsəvvürü yaradır. Amma dövlətimizin əhalinin xoş güzəranı naminə apardığı siyasətə, görülən işlərə qara yaxan, yalanı həqiqət kimi qələmə verən « piar»lar bağışlanılası hal deyildir.

Vətən müharibəsini zəfərlə başa vuran Azərbaycanın uğurlarının, müharibə təcrübəsinin dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyi bir vaxtda başqalarının maraqlarına xidmət edən böhtan kampaniyalarının sosial şəbəkələrə  ayaq açması, bəzi internet televiziyalarında dövlətin apardığı siyasətlə bağlı həqiqətləri əks etdirməyən yalan informasiyaların səsləndirilməsi vətəndaş məsuliyyətsizliyi, ölkəmizin uğurlarına qara yaxan ermənilərə və ermənipərəst qüvvələrə dəstəkdən başqa bir şey deyildir. İkinci Qarabağ müharibəsində iştirak edən əsgərlərimizə, torpaq uğrunda canlarını qurban verən şəhidlərimizə, yaralılarımıza dövlət qayğısının artdığı bir məqamda bəzi xəyanətkarların bu diqqətə qara pərdə arxasından baxması azərbaycanlı adına ləkədir. Belə yolu tutanlar unutmasınlar ki, əsası olmadığı halda şəhid, qazi ailələri adından yayılan saxta məlumatlar onsuz da dərdli, kövrək qəlbləri titrədir. Vətən yolunda, torpaq uğrunda övlad qurban verən ananın köz bağlamayan yarasını təzələyir, qəlbini titrədir .

İctimai qınağa çevrilən, olmayan «şəhid ailələri» haqqında saxta məlumatların sosial şəbəkələrdə yayılması isə məsuliyyətsizliyin pik həddidir. Təbii ki, cəmiyyətin bütün təbəqələri informasiya təhlükəsizliyi, yalan, böhtan məlumatlar üçün nəzərdə tutulan cəzalar barədə məlumatlı olmaya bilər. Amma belə feyk xəbərləri yaymaqla oxucunun diqqətini cəlb edən jurnalistin, müəllifin peşəkarlığı, obyektivliyi, xalqımıza məxsus milli- mənəvi dəyərlərimizə xələl gətirən əxlaq kodeksi haqqında «məlumatsızlığı» təəccüb doğurur və daşıdığı jurnalist adına hörmətsizlikdir. Tək-tək hallarda müşahidə olunan, əxlaqımıza uyğun olmayan, cinayət tərkibli ailə, məişət məsələlərinin, kriminal xarakterli informasiyaların ictimailəşdirilməsi də sağlam düşüncəli insanlar tərəfindən birmənalı qarşılanmır. Nəzərə alaq ki, bu cür hallar sosial şəbəkə aludəçiləri arasında çoxluq təşkil edən gənclərin sağlam, Vətənə, xalqa bağlılıq ruhunda tərbiyələnməsinə mənfi təsir göstərir. Bu məqamda dahi rus yazıçısı Lev Tolstoyun bu sözlərini xatırlatmaq yerinə düşər: « Əgər sən nə isə edirsənsə onu yaxşı et. Əgər yaxşı edə bilmirsənsə və ya yaxşı etmək istəmirsənsə, yaxşı olar ki, həmin işi heç etmə.» Düşünək, məsuliyyətimizi artıraq ki, həyatda səhv etməyək. İndi qələm olmasa da , kompüter arxasında əyləşəndə sözün hikmətinə dəyər verən dahi şairimiiz Şah İsmayıl Xətainin

Söz vardır kəsdirər başı
Söz vardır kəsər savaşı.
Söz vardır ağulu aşı
Bal ilən edər yağ bir söz.

şeiriyyətinin hikmətini unutmayaq.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Eramızdan əvvəl kişilər də üz kremindən istifadə ediblər?

Next

“N” hərbi hissəsinin yaradılmasının növbəti ildönümü qeyd edilib

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv