Sosial 

Kimlər hər gün qoz yeməlidir? – FAYDALARI

Qoz – yunan qozu kifayət qədər kalorili, qidalı bir çərəzdir. Orqanizmi doyurur və sutkalıq bəzi mineral, vitamin ehtiyatı ilə təmin edir.
Qozda olan maddələr beyinə, yaddaşa yaxşı təsir edir, sedativ-sakitləşdirici effekti var, stres, gərginlik, yorğunluq zamanı güc verir. Bir sözlə, qoz insanın sutkalıq enerji təminatı ola bilər.
Qoz qanın keyfiyyətini yaxşılaşdırır, təzyiqi normallaşdırır, ürək-damar sistemini möhkəmləndirir.
Qoz dırnaq və saçların vəziyyətini yaxşılaşdırır, dişləri möhkəmləndirir, dəridə qırış əmələ gəlməsinə qarşıdır.
Bəs kimlər gündə bir ovuc qoz yeməlidir?
– İmmuniteti zəif olanlar
– Ürək-damar problem olanlar
– Yeniyetmələr, xüsusilə oğlanlar
– Məktəbli uşaqlar
– Şəkər xəstələri
– Ağır xəstəlik keçirənlər
– Əməliyyatdan sonra
– Mədə turşuluğu, reflüks xəstəliyi olanlar
– Qalxanvari vəz və hormonal disbalansı olanlar
– Hamilələr
– Depressiya, nevroz, stres keçirənlər

Daha çox xəbərlər