Hadisə 

Daşkəsəndə dəhşətli cinayət — Ər arvadını və 35 günlük körpəsini öldürdü

Arvadını və 35 günlük körpəsini öldürən şəxs yüngül cəza istəyir.

ARANTV.AZ  xəbər verir ki, hadisə hadisə 2017-ci il iyunun 20-də axşam saatlarında Daşkəsən rayonunun Şahvələdli kəndində baş verib.Rayon sakini Raqif Ələkbərov həyat yoldaşı Kamilə Məmmədovanı və yenicə doğulmuş körpəsini xüsusi amansızlıqla qətlə yetirib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il azadlıqdan məhrum edilən Raqif Ələkbərov hökmdən narazı qalaraq apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi R.Ələkbərovun apellyasiya şikayətini təmin etməyib.

Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.

Şikayətə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.


Ölkə.Az

Daha çox xəbərlər