Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Qələbəmiz tarixi ədalətin bərpasıdır

By Vüsal Rafiqoğlu
19.02.2021 5 Min Read

Azərbaycan xalqı özünün bütün tarixi boyu dünyada  humanizm və tolerantlıq diyarı olaraq tanınmış, hələ qədim zamanlardan özünün yüksək mədəniyyətini, zəngin irsini yarada bilmiş dünya mədəni irsini öz töhvələrilə zənginləşdirmişdir. Vətən torpaqlarının müdafiəsi uğrunda xalqımız zaman-zaman yadelli istilaçılarla mücadiləyə qalxmış, mübarizə aparmış, öz doğma dilinə, dininə, mədəniyyətinə, milli kimliyinə sahiblik etmişdir. Şanlı vətən tarixinə adını qızıl hərflərlə yazmış elimizin  sərkərdələri, şəhərləri, qalaları dillərə dastan olmuşdur. Beş min illik dövlətçilik ənənələri olan xalqımız tarixi boyunca öz milli kimliyinə, mənəvi dəyərlərinə sadiq qalmış, dünya mədəniyyətinə erməni vandalizminin belə dağıda bilmədiyi Şuşa kimi mədəniyyət incilərini bəxş etmişdir. XX əsrin 90-cı illərində mənfur erməni separatizminin baş qaldırmasıyla ölkəmiz Ermənistanın Azərbaycana qarşı hərbi müdaxiləsi ilə üzləşmişdi. Düşmənlər XX əsrin ən ağır cinayəti olan Xocalı soyqırımını törətmiş bununla kifayətlənməyib, işğal olunmuş ərazilərdə yaşayış məntəqələrini, evləri, müəssisələri, kommunikasiya vasitələrini, təbii sərvətləri talan edir, dağıdır və yandırırdılar. Müharibədə 20 min azərbaycanlı həlak olmuş və 5 min nəfər əlilə çevrilmişdi. Qaçqın və köçkünlərin sayı bir milyon nəfəri ötmüşdü. Erməni quldurları tərəfindən 4861 nəfər azərbaycanlı, o cümlədən 514 qadın, 58 uşaq və 255 qoca əsir və girov götürülmüşdü.

BMT Təhlükəsizlik şurası 30 aprel, 29 iyul, 14 oktyabr və 11 noyabr 1993-cü il tarixli qətnamələrində işğal olunmuş Azərbaycan ərazilərindən işğalçı silahlı dəstələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, bu qətnamələrin yerinə yetirilməsi üçün heç bir əməli tədbir görülmürdü. Bu cür ədalətsizlik və cəzasızlıq mühitindən məmnun qalmış erməni separatçıları və onların havadarları 2020-ci ilin 27 sentyabr tarixində növbəti təxribata əl atdıqları zaman Azərbaycan Silahlı Qüvvələrinin əks həmləsi ilə üzləşdilər və 44 günlük Vətən müharibəsinin sonunda Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imzalamaqla işğal altında olan torpaqlarımızı tərk etməyə məcbur edildi. Ekoloji fəlakət zonalasına cevirilmiş 30 ildir ki, işğal altında olmuş daha sonra işğaldan azad olunmuş vətən torpaqlarının cənab Prezidentin tapşırığı əsasında yenidən cana gətirilməsinə, dağıdılmış şəhər, rayon və kəndlərimizin yenidən qurulmasına, abadlaşdırılmasına başlanılmışdır. 1974-cü ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmış Bəsitçay qoruğunun bərpasına start verilib. Qoruqda 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. Təəssüf ki, işğaldan sonra mənfur düşmən çinarların böyük hissəsini kəsib, doğrayıb və yandırıb. Kəsilmiş ağacların yaşı təqribən 200-300 ilə bərabər olmuşdur. İşğalçı rejim həmin ərazilərdə Azərbaycana qarşı ekoloji terror törətmişdir.

Erməni işğalından azad olunmuş ərazilərdə bu gün dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Həm də Pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin bu təşəbbüsü dövlətimizin güc və qüdrətini dünyaya  nümayiş etdirir. Müzəffər ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi:  “Azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq. Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, işlər planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq”.

İşğaldan azad olunmuş rayonlara cənab Prezidentin şəxsən səfər edərək vəziyyəti yerindəcə qiymətləndirməsi prosesi davam edir. Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində – dekabrın 1-nə qədər demək olar ki, bütün su elektrik stansiyalarını –  Laçın rayonu ərazisində 5, Kəlbəcər rayonu ərazisində  12  su elektrik stansiyasını dağıdıb,  avadanlığı çıxarıb, stansiyaların binalarını da dağıtmışdır ki, bütün bunlar erməni faşizminin törətdiyi əməllərin göstəricisidir. Bu günlərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər etməsi özü də böyük əhəmiyyət kəsb edir. Belə ki, ilk “ağıllı kənd” layihəsi bugün Zəngilan rayonunun Ağalı kəndində icra edilir. Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Rayonda birinci pilot “ağıllı kənd” layihəsi məhz bərpaolunan enerji ilə təchiz ediləcəkdir. “Yaşıl enerji”nin inkişafı isə ora investiya cəlbinin əsas istiqamətlərindən biridir. Laçın rayonu işğaldan azad olunandan iki ay keçməmiş artıq Güləbird kəndində  su elektrik stansiyası inşa edilmişdir. Həyata keçirilən tədbirlərin məqsədi azad olunmuş torpaqların tezliklə bərpa edilməsi və insanların öz doğma yurd-yuvalarına qısa müddətə qayıdışının təmin olunmasıdır.  Qısa müddət ərzində bütün imkanlar, texnika, işçi qüvvəsi səfərbər edilib və 7 min hektarda əkin işləri aparılıb, əlavə əkin sahələri müəyyən olunduqcabu barədə yenilənmiş təkliflər verilir.  Prezidentin göstərişilə  azad edilmiş bütün torpaqlarda həmçinin bərpaolunan enerji növləri və yerləri müəyyənləşdirilir. Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə vurğulayıb,  Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin, Zəngilan, Cəbrayıl rayonlarında daha çox günəş enerjisinin böyük potensialının olduğunu bildirmişdir. Qeyd etmişdir ki, Kəlbəcər və Laçında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa ediləcək. Yalnız Kəlbəcər və Laçın rayonlarında bərpa ediləcək stansiyalarının generasiya gücü 120 meqavat olacaqdır.  “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarından da əlavə 120 meqavat güc alınacaqdır.

Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verildiyini və birinci mərhələnin artıq başa çatdığını Prezident öz səfəri zamanı xüsusilə vurğulamış, minalardan təmizləmə işlərinin qısa müddət ərzində başa çatdırılacağını, dəymiş ziyan qiymətləndiriləcəyini, infrastruktur layihələrinə start veriləcəyini, azad edilmiş torpaqlarda bitkiçilik, meyvəçilik, heyvandarlığın sürətlə inkişaf etdiriləcəyini, bu günə qədər suvarılmayan 100 min hektar torpaq sahələrinə su veriləcəyini bildirilmişdir. Beləliklə, 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaqdır. Azad edilmiş torpaqların kənd təsərrüfatı potensialı çox böyükdür. İşğal altında saxlandığı vaxtlar Azərbaycan kəndləri ermənilər tərəfindən qanunsuz məskunlaşdırılsa da, onlar üçün yaradılan şərait  Prezidentin ifadə etdiyi kimi, it damından fərqli olmamışdır. Xaricdə yaşayan erməni diasporundan, müxtəlif fondlardan alınan yardımlar qondarma rejimin rəhbərliyi tərəfindən mənimsənilmiş, müxtəlif vədlərlə orada məskunalşdırılmış ermənilər səfalətə məhkum edilmişdirlər. Yollar, infrastruktur yalnız İkinci Qarabağ müharibəsində ordumuzun şanlı qələbəsindən sonra bərpa olunmağa başlamışdır. Uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişini asanlaşdıracaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa da vardır ki, qurulan dəmir yolu infrastrukturunun Türkiyəyə qədər uzanacağı və beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsinin yaradılacağı qeyd olunmuşdur. Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir, bununla bölgəmizin uzunmüddətli inkişafı, sabitlik təmin edilir və müharibə riskləri sıfra endirilir. Dəmir yol infrastrukturun bərpasının, nəqliyyat layihələrinin bölgə üçün xüsui əhəmiyyəti var. Təqdirəlayiq haldır ki, artıq Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində artıq Rusiya ilə Türkiyə arasında bu dəmir yolundan istifadə edərək yüklər daşınmağa başlanmışdır. Bu layihə Prezident İlham Əliyevin böyük uzaqgörənliyi və iradəsi, Azərbaycan dövlətinin maliyyəsi ilə reallaşıb. Cənab Prezidentin qeyd etdiyi kimi Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin geosiyasi əhəmiyyətini, iqtisadi gücünü artırır. Azərbaycan etibarlı tranzit ölkəsi kimi tranzit layihələrdən böyük maliyyə gəliri əldə edəcək, bölgədə sabitlik və sülh təmin olunacaqdır.

Ermənistanın və onun bəzi xarici havadarları yalnız beş rayonu Azərbaycana qaytarmaq, Dağlıq Qarabağa nə vaxtsa müstəqillik verilməsini, Kəlbəcər və Laçın rayonlarını Ermənistanın əbədi nəzarəti altında qalmasını istəyirdilər. Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa və Laçın, Kəlbəcər, Ağdam rayonlarını  qaytarmağa məcbur edilmişdir. Azərbaycan Prezidenti milli maraqlardan çıxış edərək həmin təklifləri rədd etmiş, Vətən müharibəsi modelini seçmiş, ölkəmizi addım-addım qələbəyə hazırlamış və “dəmir yumruq əməliyyatı” ilə düşmənə sarsıdıcı zərbə vurmuşdur. AXC-Müsavat cütlüyünün xəyanəti üzündən itirilmiş vətən torpaqlarını müzəffər Ali baş komandanın rəhbərliyi ilə ordumuz döyüşürək, şücaət göstərərək azad etmişdir. Torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı Azərbaycan bayrağını işğaldan azad olunmuş torpaqlarımızda əbədiyyətədək ucaltmışdır. Biz qələbəni döyüş meydanında qazanaraq tarixi ədaləti bərpa etmişik. Ermənistanda revanşist qüvvələr yenidən baş qaldırmağa çalışacağı təqdirdə məhv ediləcəklər. Cənab Prezidentin qeyd etdiyi kimi: “Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. Bizim Qələbəmiz tarixi Qələbədir və biz tarixi ədaləti bərpa etmişik”. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Ramin Ağayev

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Suqovuşanda bir nəfər minaya düşərək həlak olub

Next

Azərbaycanda elektrik enerjisinin qiyməti artırılır? – RƏSMİ AÇIQLAMA

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv