Paytaxtda qəza mərkəzi küçədə tıxaca səbəb oldu – YENİLƏNİB + FOTO
Bakının Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti tam bərpa edilməyib.
Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, sözügedən yolda nəqliyyatın hərəkəti qismən bərpa olunsa da, sıxlıq davam etməkdədir:
“Vəziyyət hələ də olduğu kimi qalıb. Qəza səbəbindən bütün ekspress və müntəzəm xətt avtobuslarının hazırda şəhər istiqamətində hərəkətində çətinliklər var”.
11:33
Bakının Heydər Əliyev prospektində köməkçi yolda hərəkət tam olaraq dayanıb.
Bununla bağlı Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, buna səbəb şəhər istiqamətində köməkçi yolda yol nəqliyyat hadisəsinin baş verməsidir.
Hadisə səbəbindən bütün ekspress və müntəzəm xətt avtobusları hazırda şəhər istiqamətində hərəkət edə bilmir.

