Adil Qeybulla peyvənd tərəddüdü olanlara tövsiyə edib: Şayiələrə uymayın
Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla bu gün COVID-19 əleyhinə peyvənd olunub.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, A.Qeybulla bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.
A.Qeybulla hər kəsi peyvənd olunmağa çağırıb:
“Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusunda qrafik üzrə – 28 gün fasilə ilə COVID-19 əleyhinə peyvənd olundum. Peyvənd tərəddüdü olanlara tövsiyəm: Şayiələrə uymayın, peyvənd olunun. Profilaktika müalicədən çox önəmlidir!”

