Sosial 

Bu gün fevralın 52 ildə ƏN İSTİ GÜNÜDÜR

Avstraliya sakinləri havanın həddən artıq isti olmasından əziyyət çəkirlər: materikin böyük hissəsində 40 dərəcə isti var.

ARANTV.AZ  xəbər verir ki, bu barədə “Daily Mail” yazır.

Güclü istilər Kvinslendin böyük hissəsinə zərər vurub. Cənub və mərkəzi bölgələrdə havanın temperaturu kəskin artıb və orta dərəcədən 10 dərəcə cox olub. Proqnozlara görə, Avstraliyanın qərbində gələn bazar gününə qədər təxminən 39 dərəcə istilər davam edəcək. Yağış gözlənilmir.

Sakinlərə sərin məkanlarda olmaq və bol su içmək tövsiyə olunur.

Bu gün Rokhemptonda 41 dərəcəylə son 52 ildə fevralın ən isti günü kimi qeydə alınıb. Sonuncu dəfə bu temperatur 1969-cu ilin fevralında olub.

Bu gün ən isti temperatur isə Beduri, Berdsvil və Vindorda qeydə alınıb. Burada termometr 43 dərəcədən çox göstərib.

Daha çox xəbərlər