Sosial 

“Bizə elə ata lazım deyil”- Bakıda yaşlı kişi KÜÇƏYƏ ATILDI – VİDEO

3 övlad evləri darısqal olduğu üçün atalarını küçəyə atıb.

ARANTV.AZ  Sonxeber.az-a istinadən xəbər verir ki, Biləcəri qəsəbəsi sakini 57 yaşlı Cəbrayılov Hacı iki aydır küçəyə yaşayır. Küçəyə atılan ata 10 il gül satdığını, 10 il isə dərzi işlədiyini deyib. Oğlanlarından biri “Mən səni bir həftə saxladım, indi o birsi oğlun saxlasın” deyib, onlar atalarına sahib çıxmağı bir- birinin üzərinə atıblar. Əlacı kəsilən kişi küçədə yatmağa başlayıb.

Atılmış kişinin digər oğlu isə çəkiliş yerinə gələn müxbirə “Onu hara istəyirsiniz aparın, bizə ata lazım deyil” deyərək cavab verib.

Yaşlı kişi barədə artıq Sosial Xidmətlər Agentliyinə məlumat veriblər.

Daha çox xəbərlər