Maraqlı 

Hamımıza tanış olan bu bitkilərin ağrıkəsici xüsusiyyəti də var imiş

İnsanlar ağrı ilə üzləşəndə ağrıkəsici preparatlar qəbul etməyə adət edib. Lakin mütəxəssislər israrla iddia edirlər ki, belə preparatlar qaraciyərə, sümüklərə mənfi təsir göstərir, koqnitiv bacarıqları zəiflədir.

Mütəxəssislər mümkün qədər təbii vasitələrlə ağrıdan qurtulmağı məsləhət görürlər. Hamımıza məlum olan, gündəlik istifadə etdiyimiz məhsullarla belə ağrını azaltmaq olar.

Zərdəçal (sarıkök)

Zərdəçal kökləri kurkumin adlı maddə ilə zəngindir. Hazırda həmin maddə geniş şəkildə öyrənilir. Tədqiqatlar zamanı onun tsiklooksigenaz-2 inqibitoru olduğu, yəni ağrı sindromunu aşağı saldığı aşkar edilib. Bundan əlavə, zərdəçal qocalma və şiş əleyinə təsirə malikdir. Rusiyalı professor Mixail Qinzburq təklikdə zərdəçalın çətin həzm olunduğunu və çətin sorulduğunu bildirib. Onu yeməklərin daxilində ədviyyat kimi istifadə etmək daha məqsədəuyğundur.

Yüksək kakao ehtiva edən tünd şokolad

Tünd şokoladın tərkibində flavonoid adlı maddə var. Həmin maddə iltihabəleyhinə və ağrıkəsici təsirə malikdir. ABŞ-da aparılan tədqiqatlar göstərib ki, şokolad pasientlərin ağrıkəsicilərə oln tələbatını azaldıb. Ola bilsin ki, bu endorfin hormonunun sintezi ilə də əlaqəlidir.

Tumlar

Günəbaxan tumu B6 vitaminin, balqabaq tumu isə maqnezium mənbəyidir. Maqnezium defisiti xroniki ağrılara və qocalmanın sürətlənməsinə səbəb olur. Həkimlər mütəmadi olaraq, bu məhsullardan birlikdə istifadə etməyi tövsiyə edirlər. B6 vitamini və maqnezium birləşərək mərkəzi sinir sisteminə yaxşı təsir göstərir. Gün ərzində bir ovuc bu tumlardan yemək msləhətdir.

Daha çox xəbərlər