Sosial 

Bakının bəzi yollarında buzlaşma var – DYP

Bakıda əksər küçə və prospektlərdə yollar qardan təmizlənib.

ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, bu haqda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.

O bildirib ki, bununla belə, bəzi enişli və yoxuşlu ərazilərdə buzlaşma var:

“Bir daha sürücülərə müraciət edərək diqqətli olmağa çağırırıq. Hazırda polis əməkdaşları da xidmətaparaq yollarda nizamlayıcı qismindədirlər. Odur ki, sürücülər ara məsafələri saxlamaqla, diqqətli hərəkət etməlidirlər”.

Daha çox xəbərlər