Koronavirusa meydan ouyub yallı getdilər – VİDEO
Türkiyənin ən əhəmiyyətli turizm mərkəzlərindən olan Kapadokya bölgəsini gəzinti təşkil edən tələbə qrupları koronavirusu heçə sayaraq yallı gediblər.
ARANTV.AZ xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
Bildirilir ki, Kapadokya bölgəsinə səhər erkən saatlarında balon turlarını izləmək üçün bölgəyə gələn 8 tur avtobusundakı tələbə qrupları balon turlarının ləğv edilməsinin ardından koronavirus qaydalarına məhəl qoymayaraq yallı gedib, rəqs ediblər.

