İdman 

“Qarabağ”ın futbolçusuna İngiltərə Premyer Liqasından maraq

“Qarabağ”ın futbolçusu Donald Qerye komandadan ayrıla bilər.

ARANTV.AZ  xəbər verir ki, futbolçuya İngiltərə Premyer Liqasından təklif var.

Belə ki, Haitinin “Actualités Foot Lakay” səhifəsinin verdiyi məlumata görə, Qerye ilə İngiltərə Premyer Liqasından “Lester” və “Brayton” klubları maraqlanır.

Həmçinin Haiti millisinin üzvünə vaxtı ilə oynadığı Türkiyədən də maraq olduğu bildirilir.

Məlumatda Qeryenin Super Liqanın debütantı, həmçinin hazırda I diviziona düşmə zonasında olan “Böyükşəhər Bələdiyyə Ərzurumspor”un maraq dairəsində olduğu qeyd edilir.oxu.az

Daha çox xəbərlər