Yük maşını minik avtomobili ilə toqquşdu — Ölən var
Salyan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə Salyan rayonunun Kürqaraqaşlı kəndi ərazisində baş verib. Şəhər sakini Seyidabdulla Agalarovun idarə etdiyi “BMW” markalı avtomobillə Aşağı Surra kənd sakini İlham Rəhmanovun idarə etdiyi “KamAZ” markalı yük maşını toqquşub.
Qəza zamanı ağır bədən xəsarətləri alan minik avtomobilinin sürücüsü Seyidabdulla Ağalarov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Salyan RPŞ tərəfindən araşdırma aparılır.
Ölkə.Az

