Bakıda ağır yol qəzası — 2 yaralı (FOTO)
Paytaxtda iki minik avtomobili toqquşub.
ARANTV.AZ xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində baş verib. “VAZ 2107” markalı avtomobillə “Hunday” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində “Jiquli”nin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan birinin vəziyyəti ağır olduğundan o hadisə yerinə çağırılan Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya aparılır.
Qəzanın dəqiq səbəbləri araşdırılır.
Ölkə.Az








