“Neftçi”nin idman direktorunun mənzili qarət olundu – Film kimi OĞURLUQ
“Neftçi” klubunun idman direktoru Ceyhun Sultanov xoşagəlməz hadisə ilə üzləşib.
ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, onun Yasamal rayonunda yerləşən mənzilinə oğru daxil olub.
Oğrular Ceyhun Sultanovun evindən pul, qızıl, zinət əşyaları və s. oğurlayıblar.
Hüquq-mühafizə orqanları hazırda hadisə ilə bağlı araşdırma aparır.

