Cəmiyyət 

Süpürgəçilərə xüsusi geyimlər veriləcək

“Bakıya məişət tullantılarının daşınması və küçələrin süpürülməsi üçün yeni texnikalar gətiriləcək”

ARANTV.AZ Azvision-a istinadən xəbər verir ki, bu barədə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib.

Qurum rəsmisi deyib ki, bununla da təmizlik işlərində əl əməyi qismən aradan qaldırılacaq: “Təbii ki, əl əməyi tam aradan qaldırılmayacaq. Çünki küçəni maşın süpürə bilir. Amma, səkini, həyətləri, dalanları maşın süpürə bilmir”.

İ.Kərimov, həmçinin vurğulayıb ki, təmizlik işçilərinin əmək fəaliyətinin yaxşılaşdırılması ciddi nəzarətdədir: “Təmizlik işçiləri yeni, o cümlədən sutkanın qaranlıq vaxtında çalışmaları üçün xüsusi geyimlərlə təmin olunacaq”.

Daha çox xəbərlər