Dünya 

Gürcüstandan şərab ixracı ən yüksək səviyyəyə çatdı – Tarixi rekord

2018-ci ildə Gürcüstandan dünyanın 53 ölkəsinə 86,2 milyon şüşə şərab ixrac edilib.

ARANTV.AZ xəbər verir ki, bu barədə Gürcüstan Kənd Təsərüffatı Nazirliyi məlumat yayıb.

Bu göstəricinin son 30 ilin rekordu olduğu bildirilib.

“2018-ci ildə ixrac edilən şərabın dəyərinin 203 milyon dollar olub və bu, 2017-ci ildəki göstəricidən 20% çoxdur. Gürcü şərabı ən çox Rusiya, Ukrayna, Çin, Qazaxıstan, Polşa, Latviya, Belarus, Estoniya, Litva və Almaniyaya ixrac edilib.

Bu ölkələrlə bərabər gürcü şərablarının Azərbaycana da ixracı yüksəlib. Keçən il ərzində Azərbaycana ixrac edilən gürcü şərabının həcmi 40% (200 min şərab şüşəsi) artıb” – məlumatda qeyd olunub.axar.az

Daha çox xəbərlər