Hadisə 

Ukraynada zibil qutusunda içərisində meyit olan çamadan tapıldı

Yanvarın 4-də Ukraynada çoxmərtəbəli binanın yaxınlığında yerləşən zibil qutusunda içərisində qız meyiti olan çamadan tapılıb.

ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, dəhşətli tapıntı Dnepr şəhərinin Qəhrəmanlar prospektində yerləşən yaşayış binasının yaxınlığında aşkar edilib.

“İlkin baxış zamanı ölən qadının 20-30 yaşları arasında olduğu müəyyən edilib. Onun şəxsiyyəti müəyyənləşdirilir. Qızın bədənində zorakılıq əlamətləri yoxdur”, – deyə polis bildirib.

Hadisənin təfərrüatı məhkəmə-tibbi ekspertizasından sonra aydın olacaq.

Daha çox xəbərlər