“Taliban” Əfqanıstanda 10 polis və 3 hərbçini öldürdü
Əfqanıstanın şimal-qərbindəki Baqdis vilayətində polis və hərbçilərlə “Taliban” radikal hərəkatının silahlıları arasında toqquşma baş verib.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, toqquşma nəticəsində azı 13 hərbçi və polisin həlak olduğu bildirilir. Həlak olanlardan 10 nəfərin polis, 3 nəfərin isə hərbçi olduğu qeyd edilir.
Bildirilir ki, silahlılar qəfildən polis və hərbi postlara hücum edib. Hücum nəticəsində 15 terrorçunun da məhv edildiyi bildirilir.

