Ümumitəhsil pilləsində nəzərdə tutulan summativ qiymətləndirmə qaydaları qüvvəyə minib
ARANTV.AZ xəbər verir ki, bundan sonra ümumtəhsil pilləsində qiymətləndirmə yeni qaydalara uyğun aparılacaq. Artıq bununla bağlı nəzərdə tutulan summativ qiymətləndirmə qaydaları qüvvəyə minib. Qəbul edilən qaydalara isə yekun qiymətləndirmə daxil deyil.
Tətbiq olunan yeni qaydalara əsasən, summativ qiymətləndirmələrin sayı azaldılıb. İbtidai sinif şagirdlərinin yaş xüsusiyyətləri nəzərə alınaraq, I sinifdə summativ qiymətləndirmə aparılmayacaq, II, III siniflərdə isə yalnız Kiçik Summativ Qiymətləndirmə olacaq. Böyük Summativ Qiymətləndirmə təhsil səviyyələrinin sonunda, yəni IV, IX və XI siniflərdə, aparılacaq. V, VI, VII, VIII və X siniflərdə isə yalnız buraxılış imtahanlarına aid fənlər üzrə keçiriləcək.
Vidadi Bağırov – Təhsil Nazirliyinin sektor müdiri:
– İkinci və üçüncü siniflərdə kiçik summativ qiymətləndirmə olacaq amma böyük summativ qiymətəndirmə olmayacaq. 4-cü yəni ibtidai təhsil səviyyəsinin son sinfi yəni dördüncü, umumi orta təhsil səviyəsinin son sinifi 9–ci və tam orta təhsil səviyyəsinin sonuncu sinifi 11-ci sinifdə bütün fənlərdən böyük summativ qiymətləndirmə keçiriləcək. Eyni zamanada da bütün fənlərdən kiçik summativ qiymətləndirmə keçiriləcəkdir. Qalan siniflərdə 5, 6, 7, 8 siniflərdə hansiki ümumi orta təhsil səviyəsində buraxılış imtahanı nəzərdə tutulan fənnlər var ana dili, riyaziyyat, xarici dildəndir bax o 5, 6, 7, 8 siniflər həmin fənnlərdən imtahan verəcəklər. 10-cu sinifdə isə tam orta təhsil səviyyəsindən buraxılış imtahanı nədən verilirsə o fənnlərdən veriləcək.
Təhsillə bağlı yeniliklərdən biri isə bütün hesablamaların ballar üzərindən aparılmasıdır. Belə ki, əvvələr şagirdlərin yüksək balı 5-lə hesablanırdısa, indi bu 100 balla əvəzlənəcək.
Vidadi Bağırov – Təhsil Nazirliyinin sektor müdiri:
– Məsələn indi summativ qiymətləndirmədə 2 sütunda yazılacaq şagirdin qiyməti birində balı o birisində. Və buların da uyğunluğu göstəriləcək. Məsələn şagird deməli 30 bala kimi toplayıbsa bu ikidir. 30-60 bal arası toplayıbsa bu 3-dur. 60-80 bal arası toplayıbsa bu 4-dür. 80-100 bal arası toplayıbsa bu 5-dir. Əgər şagird 59-bal toplayıbsa onun qarşısına yazılacaq 59 bal birinci xanada sonrakı xanada yazılacaq 59 bu 3-dür.
Beləliklə, bundan sonra summativ qiymətləndirmə 2, 3, 4 və 5 qiymətlərinə çevrilərək sinif jurnallarına, “Məktəbli kitabçası”na yazılacaq. Dəyişiklərdən biri də tədris ilində keçiriləcək summativ qiymətləndirmələrin tarixinin şagirdlərə əvvəlcədən elan edilməsidir. Bundan başqa lisey, gimnaziya və təmayülləşmə tətbiq edilən siniflərdə əlavə fənnlər üzrə qiymətləndirmələrin aparılmasıdır.

