Şou biznes 

“Şou-biznesə fərqli tərzi gətirsəm də, ora aidiyyatım yoxdur”

“Hər kəs danışanda öz mədəniyyətini göstərir. Dedi-qodu edənləri, neqativ danışanları “blok” edirəm”. Bu sözləri Səsi, geyimi və fərqli tərzi ilə Azərbaycana sığmayan və qısa zamanda sosial şəbəkəyə səs salan istedadlı xarizmatik ulduz Cəmil ARANTV.AZ-a açıqlamasında deyib. Müğənni şou-biznesə fərqli tərzi gətirdiyini və bu arenadan uzaq gəzdiyini vurğulayıb: “Eşidirəm, amma özümü eşitməzliyə vururam. Onların danışdıqlarını da qəbul etmirəm. Şou-biznesə fərqli tərzi gətirən və şou-biznesdən kənar gəzən, oraya aidiyyatı olmayan da mənəm! Hər şey dəyişib. Gecə həyatım 99 faiz yoxdur. Dostlaırm üzümə həsrətdir, onlar məni səhər görə bilərlər. Məsafəni qoruyub saxlamaq lazımdır”.

Daha çox xəbərlər