Gələn aydan pensiyalar artımla veriləcək
ARANTV.AZ xəbər verir ki, Pensiyaçılar pensiya artımlarını gələn aydan etibarən ala biləcəklər. Əmək və əhalini sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, artıq ölkə üzrə bütün pensiyalar indeksləşdirilib. Yeri gəlmişkən, elektron qaydada pensiya təyinatı aparılmış ilk şəxslə görüş keçirilib.
Ölkə üzrə pensiya alan vətəndaşlar gələn aydan etibarən öz pensiyalarını artımla bir yerdə ala biləcəklər. Pensiya artımı artıq indeksləşdirilib və fevraldan bütün vətəndaşlara şamil olunacaq. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, yekun rəqəmlər Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunacaq. Müvafiq qərardan sonra pensiyaçılar indeksiasiya ilə bağlı ödənişləri alacaqlar.
Yeri gəlmişkən, pensiya qanunvericiliyinə edilmiş dəyişikliyə uyğun olaraq, bu ildən Azərbaycanda pensiya təyinatının avtomatlaşdırılmış qaydada aparılmasına başlanılıb. Pensiya hüququ yaranmış şəxslərə onların hər hansı bir quruma müraciət etmədən elektron qaydada pensiya təyinatı həyata keçirilir və bu barədə onlara sms vasitəsilə məlumat göndərilir. Elektron qaydada pensiya təyinatı aparılmış ilk şəxs isə Bakının Yasamal rayon sakini Ramazan Şabanov olub.
Artıq bu günə kimi 560-dan artıq pensiya yaşına çatmış şəxsə ad günlərində pensiya təyinatına dair məlumat göndərilib və onların pensiya təyinatı aparılıb. Göndərilən təyinatda onlara müəyyənləşdirilən pensiyanın məbləği və 15 gün ərzində müvafiq bank fillialında pensiya kartlarını alma bilmələrinə dair məlumatlar təqdim olunur. Ümumilikdə isə bu il pensiya təyinatı alacaq 36 min vətəndaşın gəlirlərində 30 fazidən 48 faizədək artımlar olacaq.

