Gürcüstanda faciəli şəkildə ölən azərbaycanlının FOTOSU – 3-cü övladı bir neçə ay öncə olub…
Xəbər verdiyimiz kimi, Gürcüstanda azərbaycanlıların da olduğu ağır qəza baş verib. Belə ki, təcili tibbi yardımın sürücüsünün idarəetməni itirməsi nəticəsində qəza olub.
ARANTV.AZ unikal.org-a istinadən xəbər verir ki, qəzada ağır xəsarət alaraq dünyasını dəyişən azərbaycanlıdır. Bolnisi rayonundan olan 25 yaşlı Babək Həsənov uzun müddətdir ki, qəzanın baş verdiyi ərazidəki tikintidə fəhlə işləyirmiş. Mərhumun üçü azyaşlı övladı var. Ən kiçik övladı bir neçə ay öncə dünyaya gəlib.

