Sosial 

Cənubdan xoş soraqlar

Lənkəranda suvarma mövsümünə hazırlıq görülür

Meliorasiya və Su Təsərrüfatı Açıq  Səhmdar Cəmiyyətinin Lənkərandakı  Yuxarı Xanbulan çay  Hidroqovşağı İstismar İdarəsinin kollektivi  rayonda  əkin, tərəvəz  sahələrinin, çay plantasiyalarının    suvarılma  mövsümünə  hazırlıq işləri görürlər. Cənub bölgəsində ən böyük  tutma malik  anbarda  40 milyon  kubmetr  su yığılıb. Rayonda  suvarma  işlərinə   başlanan  günə kimi anbarın tam doldurması  nəzərə alınıb.

İndinin özündə rayonun digər  sututarları da  təmir olunur. Lənkəran və sağ magistral kanalı başdan-başa   təmizlənir , Bəşəru  suqəbuledici   qurğularında  elektrik və texniki  avadanlıqlar   yeniləri ilə  əvəzlənir. Su itkisinin qarşısını almaq  məqsədilə  həm də  təsərrüfatlar arası,  təsərrüfatdaxili  kanallar qaydaya salınır.

Lerikdə əhalinin məşğulluğuna xüsusi fikir verilir

Dağ rayonu olan Lerikdə əhalinin  məşğulluğunun  təmin edilməsi günün ən  vacib  məsələsidir.  Dövlətin diqqət və qayğısı  hesabına burada  açılan  yeni iş yerlərin sayı durmadan artır. Fərəhli  haldır ki, indi lerikli  ailəsini  saxlamaq üçün  kənarda iş axtarmır.

Rayon Statistika İdarəsinin rəisi  Nizaməddin Muradov  bu sahədə  həyata keçirilən tədbirlərdən  razılıqla  danışaraq deyir:- Əhalinin məşğulluğu ilə bağlı  Lerikdə də   dövlət proqramlarında  nəzərdə tutulmuş tədbirlər  uğurla yerinə yetirilir. Təkcə yaxın vaxtlarda  rayonda 1481  yeni iş yeri açılıbdır.  Bu iş yerlərinə əhalinin aztəminatlı  təbəqəsindən  olanlar  cəlb ediliblər.  Yeni iş yerləri  rayon  sakinlərinin güzəranlarının  yüksəlməsinin ən etibarlı mənbəyi rolunu oynayır.

Rayon ərazisində əhali arasında  işsizliyin  aradan qaldırılması  üçün  əhəmiyyətli  tədbirlər  davam edir.  2010-cu ildən “Bir pəncərə “ sistemi yarandıqdan sonra  sahibkarların sayı, o cümlədən fiziki şəxslərin sayı daha çox olmuş, bunlar da öz növbəsində  yeni iş yerlərin açılması deməkdir.

Masallıda  abadlıq, quruculuq işləri səngimir

Masallı rayonunun Xırmandalı ərazisinin sakinləri yaşadıqları  yurd yerinin  abadlığına, yaraşığına  həmişə fikir verirlər. Ərazinin Hacıtəpə  kəndində son vaxtlar  insanların rahatlığı üçün görülən işlərin həcmi daha çoxdur. Bu günlər  isə  ümumi uzunluğu  2,5 kilometr olan  kənd  daxili   yollara çınqıl  döşəməklə  yeni görkəmə gətirilib. Həm də burada  yaxın günlərdə  500 şam ağacın əkilməsi nəzərə alınıb.

Onu da bildirim ki, rayonda görülən abadlıq işlərində  Millət Vəkili Məşhur  Məmmədov  bir qayda olaraq    qurub-yaradan zəhmət adamlarına yaxından dəstək durur.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər