Hadisə 

Yevlaxda maşın kanala aşıb

Yevlaxda yol qəzası olub.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, hadisə gecə saatlarında rayonun Salahlı kəndi istiqamətində baş verib. İki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan biri idarəetmədən çıxaraq yol kənarındakı kanala düşüb. Maşında olan 1992-ci il təvəllüdlü Məmmədli Vüsal Nəbi oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər