Sosial 

Bakı, Neftçala, Quba 1919-1925-ci illərdə – FOTO

Zaman zaman internetdə Azərbaycan şəhərlərinin köhnə görüntüləri yayılır və istifadəçilərin marağına səbəb olur. Fotosənətin keçən əsrin əvvələrində yarandığını nəzərə alsaq birinci fotoqrafların əməyi böyük önəm kəsb edir.

Belə fotoqraflardan biri də Solomon Telinqaterdir.

Məşhur qrafik rəssam, illüstrator, tanınmış bədii şrift ustası Solomon Telinqater 1903-cü ildə Tiflisdə yəhudi ailəsində anadan olub.

O, bütün yeniyetmə və gənclik illərini Bakıda keçirib. Burada afişalar çəkib, reklamları olan plakatlar çap edib, illüstrasiyalar və satirik rəsmlər hazırlayıb, müxtəlif nəşriyyat və qəzetlərlə əməkdaşlıq edib.

Telinqaterin öz zamanının möhtəşəm fotoqrafı olması çəkdiyi fotoları Azərbaycan tarixçiləri üçün əsil hədiyyə edib.

Azerhistory.com həmin fotoları təqdim edir:

1919. Bakı. İşçilər Klubunun çıxışından səhnə. Solda S. Telinqater

1920-ci illər Azərbaycanlı oğlan

1920-ci illər Quba

1924 il Bakı. S.B. Telinqater mətbəədə

1925, 28 noyabr. İliç buxtası, qazma. Bibi-Heybət

1925. İliç buxtası, Bibi-Heybət

1925. İliç buxtası, Bibi-Heybət körfəzlərinə baxış

1925. 8 noyabr. Binəqədi

1925. Neftçala, qəsəbənin mərkəzi hissəsi

Daha çox xəbərlər