Kanada avtobus dayanacağa çırpıldı, ölənlər var – VİDEO
Kanadanın paytaxtı Ottavada ikimərtəbəli avtobus dayanacağa çırpılıb.
ARANTV.AZ oxu.az-a istinadən məlumatına görə, hadisə nəticəsində 20 nəfərdən çox adam yaralanıb, üç nəfər ölüb.
Ölənlərdən ikisi avtobusda, biri isə dayanacaqda olub.
Hazırda polis müşahidə kameralarının qeydə aldığı və şahidlərin çəkdiyi video kadrları yoxlayır.
Bildirilir ki, avtobusu qadın sürücü idarə edib.

