Millimizin üzvü Almaniyanın məşhur komandasına qarşı oynadı – FOTO
Almaniyanın “Proyssen” klubu mövsümün qalan hissəsinə hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.
ARANTV.AZ xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi 3-cü liqa təmsilçisi Bundesliqada mübarizə aparan “Bayer”lə üz-üzə gəlib.
Rüfət Dadaşov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Dadaşov 60-cı dəqiqədə dayaq yarımmüdafiəçisi Zandrino Braunla əvəzlənib.
Oyuna gəlincə, Münster təmsilçisi hesabda iki dəfə öndə olsa da, məğlubiyyətdən qaça bilməyib – 2:4.
oxu.az

