Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Ceyhun Bayramovdan Əfqanıstanla bağlı BƏYANAT

By Vüsal Rafiqoğlu
30.03.2021 3 Min Read

“Biz Əfqanıstanın sabitləşməsini, dinc yolla yenidən qurulmasını və inkişafını ikitərəfli səylər və çoxtərəfli platformalarda fəal iştirak yolu ilə dəstəkləməyə sadiq qalırıq”.

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Tacikistanda “Asiyanın Qəlbi – İstanbul Prosesi”nin 9-cu Nazirlər Konfransında belə bəyanatla çıxış edib.

O bildirib ki, Azərbaycan Əfqanıstanın daxili sülh danışıqlarını yaxından izləyir.

“Ümid edirik ki, bu prosesin nəticəsində ölkədə Əfqanıstanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında davamlı sülh və təhlükəsizlik bərqərar olacaq”, – deyə C.Bayramov əlavə edib.

XİN rəhbəri bildirib ki, Azərbaycan İstanbul Prosesinə Əfqanıstanda sülh, barışıq, təhlükəsizlik və iqtisadi inkişafa nail olmaq üçün dəyərli bir mexanizm kimi baxır.

“Azərbaycan mövcud problemlərin öhdəsindən gəlmək səylərində Əfqanıstanın ilk və ən fəal dəstəkçilərindən biridir. 2012-ci ildə bu Prosesə qoşulduqdan bəri biz bu çoxtərəfli platformada fəal iştirak edirik. Azərbaycan iki Etimad Quruculuğu Tədbirində, yəni Regional İnfrastrukturlar və Narkotiklərə qarşı mübarizəyə dair Etimad Quruculuğu Tədbirlərində müvafiq olaraq Türkmənistan və Rusiya Federasiyası ilə birlikdə aparıcı ölkə qismində çıxış edərək İstanbul Prosesini daha da irəli aparmağa sadiq qalır”.

Etimad Quruculuğu Tədbirləri nəticələrə yönəlik və ehtiyaclara əsaslanan əməkdaşlığı təşviq etmək üçün dəyərli bir mexanizmdir. Bu baxımdan, konkret layihələr vasitəsilə Etimad Quruculuğu Tədbirlərinin praktiki olaraq həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.

C.Bayramovun sözlərinə görə, Əfqanıstanın rifahı, tərəqqisi, iqtisadi inkişaf və regional əməkdaşlıq bir-biri ilə əlaqəlidir və bölgədəki ümumi təhlükəsizlik mühitindən asılıdır.

“Əfqanıstanın yenidən qurulmasına və iqtisadi inkişafına diqqət yetirərkən, bu günə qədər əldə olunan irəliləyişi qorumaq üçün bu ölkənin üzləşdiyi təhlükəsizlik problemlərini həll etməyə davam etməyimiz vacibdir.

Bu səbəbdən terrorizm, zorakı ekstremizm və separatizmin bütün formaları və təzahürləri ilə yaratdığı təhlükəsizlik təhdidlərinə qarşı birgə səylərin davam etdirilməsi və bu xüsusda regional əməkdaşlığın genişləndirilməsi son dərəcə vacibdir.

Azərbaycan təhsil və təlim, infrastrukturun inkişafı, investisiya və maliyyə yardımı sahələrində praktiki töhfələri artıraraq, Əfqanıstanı özünə güvənmə yolunda dəstəkləməyə sadiq qalır. Azərbaycan təcrübəsini ikitərəfli kanallar vasitəsilə də Əfqanıstanla bölüşür və yaxşı idarəetmə, ictimai xidmətlərinin göstərilməsi (ASAN), hərbi, hüquq-mühafizə və minalara qarşı mübarizə sahələrində təlim yardımları göstərir”.

O bildirib ki, “ASAN Xidmət” Əfqanıstanla fəal əməkdaşlıq edir.

Bu əməkdaşlıq, vətəndaşlara dövlət və özəl xidmətlər göstərən “bir pəncərə” mərkəzlərini quraraq Əfqanıstanın dövlət xidmətlərinin yaxşılaşdırılmasına yönəlib.

“Azərbaycan, eyni zamanda Əfqanıstanla regional iqtisadiyyata inteqrasiyanı asanlaşdırmaq və regional əlaqələri genişləndirərək qonşuları ilə və digər ölkələrlə ticarəti canlandırmaq istiqamətində əməkdaşlıq edir.

Azərbaycanın təşəbbüsü ilə davam edən regional bağlılıq layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan və İranın dəmir yolu şəbəkələrini birləşdirən Xəzər dənizinin sahilindəki logistika mərkəzi kimi əsas strateji magistral komponentlər, Şərq-Qərb və Şimal-Cənub oxları boyunca çox modullu imkanlara malik trans-regional infrastrukturun inkişafında keyfiyyətcə yeni bir nailiyyətdir. Bu layihələr Əfqanıstanın dünya bazarına çıxışını asanlaşdıracaq və regionda yük və konteynerləri daha qısa, daha sürətli, daha səmərəli və qənaətli şəkildə idarə edə biləcək əlaqələndirməni təmin edəcəkdir.

Əfqanıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Türkmənistan arasında “Lapis-Lazuli” marşrutu üzrə saziş Əfqanıstanı birbaşa Avropa ilə birləşdirəcək böyük beynəlxalq ticarət və nəqliyyat dəhlizi razılaşmasıdır. Bu, Əfqanıstanın Avrasiya üzərindən ticarəti genişləndirmək üçün infrastrukturun yaxşılaşdırılması və yaradılması yolu ilə əlaqələndirmə səylərində mühüm bir mərhələdir. Bu sazişin bir hissəsi olaraq, Azərbaycan Əfqanıstana tranzit və nəqliyyatla bağlı çoxsaylı seçimlər təqdim edərək öz töhfəsini verməkdən məmnundur.

Əfqanıstanın regional ticarət, tranzit və nəqliyyat üçün mühüm bir mərkəz kimi rolunu nəzərə alaraq, Əfqanıstan üzrə Regional İqtisadi Əməkdaşlıq Konfransının (RECCA) bu coğrafi məkanın faydalarının bölüşdürülməsində və Əfqanıstanda davamlı inkişafın dəstəklənməsində rolu çox vacibdir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qəlyana görə 1400 manatlıq cərimə tətbiq olundu – VİDEO

Next

Paşinyan hakimiyyətdən getsə, Ermənistan yeni müharibə başlada bilərmi? – TƏHLİL

Xəbər lenti

  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026
  • Ləbxanə, Osandıq, Samovar… – Azərbaycanlılar uşaqlara niyə belə adlar qoyur? 08.07.2026
  • Prezidentdən bu şəxslərlə bağlı SƏRƏNCAM – Rütbələr verildi 08.07.2026
  • YAP-da qəfil DƏYİŞİKLİKLƏR – Nə baş verir? 08.07.2026
  • SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı 08.07.2026
  • Zakir Həsənov komandanları təltif etdi – FOTO 08.07.2026
  • Prezident Şuşa şəhəri haqqında qanunda dəyişiklik etdi 08.07.2026
  • Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv