Sosial 

Bakı və digər şəhərlərdə bağçalar BAĞLANIR

Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən məktəbəqədər təhsil müəssisələri bağlanır.

ARANTV.AZ  xəbər verir ki, mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq aprelin 5-dən etibarən qeyd olunan ərazilərdə yerləşən məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti dayandırılır.

Qeyd edək ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində əyani tədris dayandırılır. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Daha çox xəbərlər