Gürcüstanda son sutkada koronavirusa 1077 yoluxma qeydə alınıb
Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1077 yoluxma halı qeydə alınıb, 8 nəfər ölüb.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 293 321, xəstəlikdən ölənlərin sayı isə 3 916 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 279 831 nəfərin sağaldığı bildirilir.

