Dünya 

Ermənistanda son sutkada koronavirusa 870 yoluxma qeydə alınıb, 24 nəfər ölüb

Ermənistanda son stukada yeni növ koronavirusa (COVID-19) 870 yeni yoluxma qeydə alınıb.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində xəstəlikdən 24 nəfər ölüb, bununla da Ermənistanda indiyə qədər koronavirusdan ölənlərin ümumi sayı 3 859 nəfərə çatıb.

Ölkədə indiyədək 207 973 nəfər koronavirusa yoluxub.

Daha çox xəbərlər