Maraqlı 

Gündəlik nə qədər qoz-fındıq yemək olar?

Rusiyalı həkim-dietoloq, tibb elmləri namizədi Natalya Denisova gündəlik olaraq nə qədər qoz-fındıq qəbul etmək lazım olduğunu açıqlayıb. Mütəxəssis bildirib ki, sutkalıq norma 30-50 qramdır. “60 qramdan çox yemək artıq kaloridir”, deyə o bildirib.

Həkimin sözlərinə görə, yunan cevizini gündə 5-6 ədəd, badam və ya fındıqdan 10-12 ədəd istifadə etmək kifayətdir.  Yağ miqdarına baxmayaraq, qoz-fındıq “pis” xolesterol səviyyəsini azaldır. Beləliklə, bir çox ölkələrdə aparılan araşdırmalara görə, 60-70 yaş arası insanların qoz-fındıqdan müntəzəm istifadəsi ürək xəstəlikləri ilə yanaşı, ateroskleroz riskini də azaldır.

Daha çox xəbərlər