YAP Hüseynbala Mirələmovla bağlı məsələni müzakirə edir
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası başlayıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, toplantının gündəliyinə 2 məsələ daxil edilib.
İclasda Milli Məclisdə çoxluq təşkil edən YAP-ın Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri müəyyənləşdiriləcək və YAP-ın Xətai rayon təşkilatının sədri, YAP Veteranlar Şurasının üzvü Hüseynbala Mirələmovun məlum videogörüntüdə etikadan uzaq hərəkətlərinə qiymət veriləcək.

