Sosial 

Nərimanov rayonunun mərkəzi küçələrindən daha biri əsaslı təmir olunur – FOTO

Nərimanov rayonunun Şahmar Ələkbərov küçəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı təmir edilir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Uzunluğu 800 metr təşkil edən küçə uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismar olunduğundan gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi.

Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunaraq yeni yol yatağı salınıb.

Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

 

Daha çox xəbərlər